Xocalı Rayon İcra Hakimiyyəti Aparatında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasnını təmin etmək məqsədilə Fəaliyyət Planının icrası üzrə illik iş planı təsdiq edilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Fəaliyyət Planına uyğun olaraq rayon ictimaiyyəti arasında, ziyalılar cəlb edilməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar videokonfranslar, müxtəlif səpgili tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərdə korrupsiyaya qarşı mübarizənin genişləndirilməsi və neqativ halların qarşısınını alınması istiqamətində aidiyyəti qurum və təşkilat rəhbərlərinə lazımi göstəriş verilmişdir.